İzmir vilayətinin Foça rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə vali Yavuz Səlim Tvitterdə məlumat verib.
"Foçada 4,1 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntılar barədə bizə məlumat daxil olmayıb", - o yazıb.
AFAd-ın məlumatına görə, təbii fəlakətin episentri İzmir körfəzində, Foçadan 5 km aralıda yerləşib. Zəlzələ ocağı 14,5 km dərinlikdə yerləşib.


