Dünya

“Qazprom”un rəhbəri İrana səfər edəcək

“Qazprom”un rəhbəri İrana səfər edəcək

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədriAleksey Miller sabah İrana gedəcək.

APA-nın xəbərinə görə, bu barədə İranın Moskvadakı Səfirliyi məlumat verib.

Bildirilib ki, “Qazprom” şirkətinin rəhbəri İranın neft və qaz sektorunun yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün sabah Tehrana səfər edəcək.

NE
Nihadə Eyyubova