Qarabağ

Ermənilər "blokada" deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT

Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT

Azərbaycan ərazisi olan Qarabağda yaradılmış qondarma rejim milli adət-ənənələrinə uygun olaraq yalan danışmaqdan, iftira atmaqdan usanmır.

Demokrat.az xəbər verir ki, Xankəndi şəhərinin Tiqran Mets (Böyük Tiqran ) küçəsi ilə bitişik ərazidə “Hayastan” ümumerməni fondunun maliyyəsi ilə tikilən yeni məhəllənin tikinti işləri davam etdirilir.

Maraqlıdır ki, azərbaycanlı ekoetirazçıların Xankəndi- Laçın yolunda keçirdiyi dinc aksiyanı dünyaya “erməni xalqının soyqırımı” kimi sırımağa çalışan separatçılar və Ermənistan hakimiyyəti tikinti-quruculuq işlərini “blokada” dedikləri zaman və məkanda görəsən necə yerinə yetirirlər?

Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Erməni mediasının yazdığına görə, “Pant” MMC-nin sexinin rəhbəri Pavel Arutyunyan qeyd edib ki, şirkət üç bina tikir:“ Artıq binanın sonuncu, 12-ci mərtəbəsində tikinti işləri gedir. Hazırda binanın sütun və arakəsmələri, ikincisində 6-cı mərtəbənin dam örtüyü, üçüncü hissəsində isə tikinti işləri bitmək üzrədir” - deyə o, ətraflı məlumat verib.

Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Tikilməkdə olan birinci bina 2 otaqdan 4 otaqlıya qədər ümumilikdə 48 mənzildən, ikinci 9 mərtəbəli binada isə 2 otaqdan 3 otaqlıya qədər 27 mənzildən ibarət olacaq və binalar zəlzələyə davamlıdır.
Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT

Sex rəisinin sözlərinə görə, daxili bəzək, suvaq, hamam və kafel-metlax işləri də paralel olaraq aparılır.

Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Ermənilər blokada deyirsə, Xankəndidə 12 mərtəbəli 3 bina necə tikilir? — TƏFƏRRÜAT
Sex rəisi milli xislətinə uyğun olaraq qondardıqları “blokada”dan da danışıb. Onun fikrincə, blokada bir problemdir. Belə " problemlər"ə toxunan Pavel Arutyunyan tikinti materiallarının çatışmazlığını da qeyd edib:“Qabaqcadan müəyyən məbləğ yığmışdıq, lakin tikinti materialları qıtlığı var. Bununla belə, işçi qüvvəsi və texnika qənaətbəxşdir”, - deyə P. Arutyunyan əlavə edib.

P.S. Ermənilərin blokada hoqqasını dünya ictimaiyyətinə elə bu tip faktlarla çatdırmağın zamanıdır

Adalet.az

D
demokrat.az