Dünya Özəl

Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO

Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO

Meksika prezidenti Andres Manuel Lopez Obradorun "Twitter" hesabında paylaşdığı fotolar marağa səbəb olub.

Demokrat.az xarici KİV-ə istinadla bildirir ki, qaranlıqda çəkilən birinci fotoda ağacın budağında dayanan insanabənzər məxluq, EK Balamda aparılan arxeoloji qazıntılar zamanı çəkilən ikinci fotoda isə kiçik insan fotosu əks olunub.

İlk fotonun 3 gün əvvəl mühəndis tərəfindən çəkildiyini deyən Obrador bunları yazıb:

"Aluksa bənzəyir. Hər şey mistikdir."

Qeyd edək ki, Maya mifologiyasında “kiçik və nadinc ruhani varlıqlar” olaraq təyin olunan “aluks” meşə və cəngəllik cinləri adlandırılır. Onlara "cəngəlliyin mühafizəçiləri" deyirlər.

Mifologiyaya görə, insanlara görünməyən “aluks”ların bir şeyi gizlətmək vərdişləri mövcuddur.

Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO
Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO
Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO
Meksika prezidenti “ruhani varlığ”ın şəklini paylaşdı — FOTO
Arzu Demokrat.az

D
demokrat.az