Zelenski Ukraynaya dəstək verdiyi üçün bütün amerikalılara minnətdarlığını bildirib.
"Əgər beynəlxalq tərəfdaşlar müharibədə Ukraynaya fəal dəstəklərini azaltsalar, bu,III Dünya müharibəsinəgətirib çıxaracaq. Belə ki, bundan sonra Rusiya başqa ölkələri işğal etmək məqsədi ilə NATO ölkələrinə hücum edəcək"
Demokrat.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski mətbuat konfransında deyib.
Prezident çıxışında bütün amerikalılara Ukraynanı dəstəklədiyinə görə minnətdarlığını bildirib və eyni zamanda bunun azaldılmamalı olduğunu vurğulayıb.
"Əgər amerikalılar bizibaşa düşməsələr, Ukraynaya dəstək verməsələr, nüfuzunu itirəcək. Onlar tamamilə ədalətli olan, dünyada mövcud olan rəhbər mövqelərini itirəcəklər.Ukraynaya dəstək olmaq lazımdır, əks halda üçüncü dünya müharibəsi ola bilər. Bunu kim istəyir?"-deyə Zelenski qeyd edib.
Leyla Demokrat.az


