Məşhur amerikalı yazıçı Marianna Uilyamson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Demokrat.az xəbər verir ki, bu haqda Uilyamson Şimal-Qərb Universitetinin Medill Jurnalistika Məktəbinə müsahibəsində deyib.
O, seçkilərdə Demokratlar Partiyasından namizəd olacağını açıqlayıb. Yazıçının martın 4-də namizədliyini rəsmən elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Uilyamson 2020-ci il prezident seçkilərində də namizəd olub. Lakin seçki kampaniyası zamanı ianələrlə bağlı problemlər yarandığından və kifayət qədər dəstək ala bilmədiyindən, ilkin seçkilər öncəsi namizədliyini geri götürüb.
Arzu Demokrat.az


