Özbəkistanda "Maksim" adlı yeganə zürafə ölüb.
Demokrat.az özbək mediasına istinadla xəbər verir ki, sözügedən zürafə Özbəkistana Qazaxıstandan gətirilmişdi.
Zürafə soyuq hava şəraitinə görə, bu sabah saxlanıldığı Fərqanə bölgəsindəki zoparkda ölüb. Bununla da Özbəkistanda zürafə qalmayıb. 


