"Havaların soyuq olmasına baxmayaraq, hava şəraitini nəzərə alıb, 25 operator və 5 rezerv heyət işə çıxarılıb. Çünki zəng çox olsa, cavablandırıla bilsin".
Demokrat.az xəbər verir ki, bunu "Azəriqaz" İB-in bu gün keçirilən Açıq-qapı aksiyasında "104 çağrı" mərkəzinin rəisi Xalidə Şimşək deyib.
Onun sözlərinə görə, gecədən bu yana 700 zəng daxil olub:
"Bu 700 zəngdən 276-sı qaz sərfiyyatının, qaz borcunu ödəməyən vətəndaşların problemləri ilə bağlıdır. Bundan əlavə, sızma ilə bağlı zənglər də var. Çox sevindirici haldır ki, 700 zəngdən heç bir nə təzyiq, nə də qaz yoxdur məsələsi ilə bağlı müraciət yoxdur".
Aysun Demokrat.az


