İtaliyanın sularla əhatə olunmuş şəhəri Venesiyada qurumuş kanalların görünməsi quraqlıq həyəcanını yenidən gündəmə gətirib.
Demokrat.az "BBC türkcə"yə istinadən xəbər verir ki, yağıntıların az olması səbəbindən su ehtiyatları səviyyəsi kəskin dərəcədə aşağı enib. Daha çox subasma ilə gündəm mövzusu olan Venesiya şəhəri bu dəfə kanallarda davam edən susuzluq ilə gündəmə gəlib.
Avtomobil kimi nəqliyyat vasitələrinin istifadə edilmədiyi bu şəhərdə nəqliyyatın işi əsasən qayıqlarla həyata keçirilir. Şəhərdə zibillərin yığılması, yanğınsöndürmə briqadası və təcili yardım kimi xidmətlər də su ilə xidmət göstərir.
İtaliya mətbuatında yer alan xəbərə görə, artıq təcili tibbi yardım işçiləri ilk yardım xidmətlərində çətinlik çəkir. Onlar bəzən yardımı piyada çatdırmağa çalışır hətta xəstələri qucaqlarında daşıyırlar.
Aysun Demokrat.az

