Dünya Özəl

"Rusiya nüvə dövlətidir, küncə sıxışdırıla bilməz" — Macarıstanın baş naziri

Rusiya nüvə dövlətidir, küncə sıxışdırıla bilməz — Macarıstanın baş naziri

Rusiyaya qarşı sərt mövqe tutmamağa üstünlük verən Macarıstan, Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində hər iki tərəfi sülh danışıqlarına səsləyib.

Demokrat.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban çıxışında Rusiya və Ukraynanı sülhə çağırıb.

Baş nazir Qərbin Ukraynanı dəstəklədiyini, lakin Rusiyanın da nüvə gücünə malik olduğunu və küncə sıxışdırıla bilməyəcəyini bildirib:

"Rusiya qalib gələ bilməz, çünki bütün Qərb dünyası Ukraynanın arxasında dayanır. Eyni zamanda, Rusiya nüvə dövlətidir və nüvə dövləti küncə sıxışdırıla bilməz, çünki nüvə müharibəsinə səbəb ola bilər. Bizə atəşkəs və sülh danışıqları lazımdır. Bu nə qədər tez olsa, bir o qədər yaxşıdır".

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova