İngiltərənin “Led By Donkeys” fəal qrupu, Rusiyanın Londonda yerləşən səfirliyinin qarşısından keçən yolu Ukrayna bayrağının rənglərinə boyayıb.
Demokrat.az "CNN Türk-ə xəbər verir ki, sözügedən aksiya Rusiyaya Ukraynanın müstəqilliyini xatırlatmaq üçün təşkil edilib.
“Sabah Putinin Ukraynaya, müstəqil dövlətə və öz hüququndan xəbərdar xalqa təcavüzünün birinci ildönümüdür. Onun Londondakı səfirliyinin qarşısında nəhəng Ukrayna bayrağının olması bunu ona xatırlatmağa xidmət edəcək".- deyə bildirilib.
London polisi əmlaka ziyan vurma və nəqliyyatı dayandırma cinayətlərinə görə 4 aksiya iştirakçısını saxlayıb.
Aysun Demokrat.az


