Avropa Komissiyası işçilərinə "TikTok"dan istifadəni qadağan edib.
Demokrat.az xəbər verir ki, bu haqda “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, birlik təhlükəsizliyə görə bu addımı atmağa məcbur olub.
Belə ki, səhər saatlarında komissiya əməkdaşlarına şəxsi və korporativ cihazlardan "TikTok" tətbiqini silməyi tapşırıblar.
Təşkilatın digər qrumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addım atacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-da rəsmi xidməti cihazlarda "TikTok"dan istifadə qadağan edilib.
Qeyd edək ki, Çinin texnologiya firmasına məxsus "TikTok" bəzi ölkələrdə milli təhlükəsizlik baxımından narahatlıq yaradıb.
Arzu Demokrat.az


