Siyasət Özəl

Ruben Vardanyan Sorosun adamı ilə əvəzlənir? — AÇIQLAMA

Ruben Vardanyan Sorosun adamı ilə əvəzlənir? — AÇIQLAMA

"Ruben Vardanyan heç kimdir, onun sadəcə milyardı var. Vardanyanın Qarabağdakı mövcudluğu birbaşa onun ora ixrac edənlərlə bağlıdır".

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkili vurğulayıb ki, Münhen konfransı başa çatar-çatmaz Vardanyanın getməsi məsələsi qaldırıldı:

"Vardanyan kimlə əvəzlənir? Sorosun yaxınlığı ilə tanınan biriylə. Bu, o deməkdir ki, buradakı prosesdən narazı olan güc var. Ümumiyyətlə, bu məsələdə Azərbaycanın təzyiqlərə əl atmağına, güc yoluna ehtiyac yoxdur. Çünki onsuz da proseslər o yöndə gedir. Burada demək ki Ermənistanın öz təşəbbüsüdür, doğru deyil".

Ruben Vardanyan Sorosun adamı ilə əvəzlənir? — AÇIQLAMA
Millət vəkili vurğulayıb ki, bütövlükdə Azərbaycan həmin konfransdan da, üçtərəfli görüşdən də razı dönən tərəfdir:

" Münhen danışıqlarında biz ona nail olduq ki, Ermənistan Laçın yolunun guya blokadada olduğunu Qərbə həzm etdirə bilmədi. ABŞ Dövlət Departamentinin yazılı açıqlamasında "bütün nəqliyyat yolları açılmalıdır" ifadəsi o deməkdir ki, bu qətiyyən həzm edilməyib və eynilə Zəngəzur dəhlizinə necə baxılırdısa, Laçın yoluna da o cür baxılır. Eyni zamanda, fikir verdinizsə, Paşinyan deyirdi ki, Laçın yolunda guya onların uydurma blokadası aradan qalxmayınca, bu yüksək səviyyədə görüşlərə gedəsi deyil, görüş də baş tutdu. Həmin konfrans çərçivəsində keçirilən "Qafqazda Təhlükəsizliyin Qurulması" plenar iclasında Azərbaycanın güclü mövqeyi bir daha ortaya çıxdı. Bütövlükdə Azərbaycan həmin konfransdan, üçtərəfli görüşdən də razı dönən tərəfdir".

Nəzrin Demokrat.az

D
demokrat.az