Rusiyaya məxsus "Su-25" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" döyüş təyyarəsi Belqorod vilayətindəki hərbi bazaya qayıdarkən qəzaya uğrayıb və pilot hadisə yerində həyatını itirib.
Təyyarənin boş əraziyə düşdüyü və hadisə yerində heç bir dağıntının olmadığı bildirilib.
İlkin məlumatlara görə, qəzanın başvermə səbəbi texniki nasazlıq olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Arzu Demokrat.az


