Sosial

Qanunsuz ov edən Küveyt vətəndaşı cəzalandırılıb

Qanunsuz ov edən Küveyt vətəndaşı cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Demokrat.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”, - o bildirib.

D
demokrat.az