Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi vətəndaşlara öz dəstəyini göstərəcək.
Demokrat.az “CNN türk”ə istinadla xəbər verir ki, nazirlik fövqəladə vəziyyət zamanı təbii fəlakət bölgəsində həyata keçirilən tədbirlər çərçivəsində qısamüddətli iş müavinəti və nağd əmək haqqı dəstəyi verəcək.
Zəlzələnin baş verdiyi - 6 fevral tarixinə əmək müqaviləsi bağlanmış, zəlzələnin təsirlərinə görə iş yerinin bağlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş işçilərə nağd əmək haqqı veriləcək.
Qeyd etmək lazımdır ki, bu ödənişlər üçün müraciətlər “e-devlet” vasitəsilə həyata keçiriləcək.
Aysun Demokrat.az


