"Münhen Təhlükəsizlik Konfransından və bu konfrans çərçivəsində keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan ərazilərinin atəşə tutulması, şübhəsiz ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmayan qüvvələrin növbəti təxribatıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O, məsələyə iki kontektsdən yanaşmanın vacibliyini vurğulayır:
"Birinci, şübhəsiz ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası istiqamətindən və Tovuz rayonu istiqamətindən ərazilərinin atəşə tutulması, bu kontekstdən həyata keçirilən tədbirlər, bölgədə yenicə gələn Avropa İttifaqı missiyasının bilavasitə "şahid" ola biləcək hansısa bəhanələr uydurmasından ibarətdir. Yəni, Ermənistanın, bölgədə marağı olan dövlətlərin məqsədi ondan ibarətdir ki, sərhəd ərazilərində konflikt baş versin. Bu münaqişə ilə qarşıdurmanın məsuliyyətini də Azərbaycanın üzərinə yıxmaq üçün bəhanə yaradılsın. Şübhəsiz ki, belə bir bəhanənin yaradılmasında çoxsaylı qüvvələr var. Təkcə Avropa İttifaqı missiyasını bu əraziyə göndərməkdə maraqlı olan qüvvələr deyil, eyni zamanda regional qüvvələr də qarşıdurmanın baş verməsində, bəhanənin yaradılmasında maraqlıdır". 
Nəzrin Hüseynli Demokrat.az


