Kriminal Özəl

Bakıda qadın əri tərəfindən döyüldü — TƏFƏRRÜAT

Bakıda qadın əri tərəfindən döyüldü — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Yusif ailə münaqişəsi zəminində həyat yoldaşı Züleyxaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 3-də Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış sahəsində baş verib.

Yusif həmin yaşayış massivində yaşadığı fərdi evdə ailə məişət zəminində yaranmış münaqişə zamanı şillə ilə arvadı Züleyxanaya vururaq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Yusifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Züleyxa onun arvadıdır və birgə nikahdan iki azyaşlı uşaqları var: “Dekabrın 3-də, saat 23.00-da yaşadığımız evdə olarkən arvadım uşağın beşiyini yuxarı qaldırmağımı dedi. Xəstə olduğum üçün beşiyi qaldıra bilməyəcəyimi dedim və asta səslə arvadıma söydüm. Buna görə aramızda mübahisə oldu. Arvadımın dodağından bir dəfə şillə, çiyin nahiyəsindən isə 2 dəfə yumruqla vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, əri tərəfindən döyülməsi ilə bağlı 3-cü polis şöbəsinə şikayət edib: “Hazırda mənə dəymiş maddi ziyan ödənilib. Bu səbəbdən ərimlə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını əsas götürüb. Bu səbəbdən Yusifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az