Dünya Özəl

“Prezidentliyə namizədlər əqli bacarıq testindən keçməlidir” — Tramp

“Prezidentliyə namizədlər əqli bacarıq testindən keçməlidir” — Tramp

"ABŞ-da prezidentliyə namizədliyini verən hər kəs, seçkilərdən əvvəl və sonra əqli bacarıq testindən keçməlidir".

Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

2024-cü il prezident seçkilərinə rəsmi şəkildə namizədliyini verən 76 yaşlı Tramp, namizədlərin fiziki cəhətdən işə hazırlığını göstərən testdən də keçməli olduğunu bildirib.

Özünün "Truth Social" hesabından paylaşım edən Tramp bunları deyib:

"Böyük prezident olmaq yüksək əqli itilik və fiziki dözüm tələb edir. Əgər bu keyfiyyətlərə malik olmasanız, çox güman ki, uğur qazana bilməyəcəksiniz".

Xatırladaq ki, bu yaxınlarda seçkilərdə iştirak edəcəyini açıqlayan Nikki Heyli də 75 yaşdan yuxarı siyasətçilər üçün məcburi əqli bacarıq testlərinin tətbiqindən danışmışdı.

Qeyd edək ki, hazırkı prezident, 80 yaşlı Co Bayden hələlik namizədliyini rəsmən açıqlamayıb. Bayden namizədliyindən sonra seçilərsə, 82 yaşında ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək.

Arzu Demokrat.az

D
demokrat.az