Amerika lideri ukraynalıların döyüşə hazır olduğunu qeyd edib və Ukrayna liderini "polad adam" adlandırıb.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Bayden Ukraynaya daim dəstək verəcəyini qeyd edib.
Fevralın 21-də axşamsaatlarında Varşavada çıxışı zamanı Amerika lideri vurğulayıb ki, Rusiya diktatoru Vladimir Putinin Ukraynada "asan qələbə" ilə bağlı xəyalları gerçəkləşmir.
"Gözlənilirdi ki, Kiyev yıxılacaq, amma mən Kiyevdən yenicə qayıtmışam , bir illik müharibədən sonra şəhər möhkəm dayanır və dayanacaq da. ABŞ hər zaman Ukraynanın, demokratiyanın tərəfindədir. Ukraynaya dəstəyimiz sarsılmaz olaraq qalır. Putinin gözlədiyi asan qələbənin əvəzinə o, yanmış tanklar və xaos qazandı" - Bayden bildirib. Leyla Demokrat.az


