Tailandda sığınacaq axtaran 49 yaşlı uyğurun ölümündən sonra insan haqları təşkilatları çağırış ediblər. Təşkilatlar Tailandı 9 ildir həbsdə olan 50 uyğurun probleminin humanitar həllinə səsləyiblər.
Demokrat.az "BBC news"a istinadla xəbər verir ki, Əziz Abdullah paytaxt Banqkokdakı İmmiqrasiya təcridxanasında yerə yıxıldıqdan sonra dünyasını dəyişib.
Abdullah, Çinin Sincan əyalətindən qaçan və Tailandda saxlanılan 350-dən çox qaçqından biri idi.
Aysun Demokrat.az


