Region Özəl

Zəlzələdən sonra binalardakı heyvanların xilası üçün işlərə başlanılıb

Zəlzələdən sonra binalardakı heyvanların xilası üçün işlərə başlanılıb

Türkiyədə zəlzələdən sonra Diyarbəkirdəki Qaleriya Kompleksinin qalan 3 blokunda qapalı qalan it və pişiklərin xilası üçün yanğınsöndürənlər işə başlayıb.

Demokrat.az "Haber Global"a istinadla xəbər verir ki, Diyarbəkirdə 7 bina dağılıb. Sökülən binalar arasında Yenişehir rayonunda yerləşən 4 bloklu Qaleriya Kompleksinin bir bloku da olub. Burada 89 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Ərazinin dağılmamış 3 blokunda it və pişiklərin olması xəbəri verildikdən sonra Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsi və Rayon Polis Şöbəsinin qrupları bölgəyə göndərilib. Yanğınsöndürmə qrupları nərdivanlar və dronların köməyi ilə binaların içərisində heyvanları aşkar etmək üçün işlərə başlayıb.

Komandaların işi davam etdirilir.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova