Dünya Özəl

Putin Rusiyanın ABŞ-la imzaladığı Strateji Silahların Azaldılması Müqaviləsini dayandırdı

Putin Rusiyanın ABŞ-la imzaladığı Strateji Silahların Azaldılması Müqaviləsini dayandırdı

Rusiya prezidenti Vladimir Putin, Ukrayna ilə müharibəni başlatmasının ildönümü ərəfəsində xalqa müraciət edib. O, müraciətində Qərbi bu müharibəni qızışdırmaqda ittiham edib. ABŞ və müttəfiqlərinin “məhdud güc” arxasınca getdiyini deyən Putin çıxışının sonunda ABŞ-la ikitərəfli silahsızlanma sazişini dayandırdığını açıqlayıb.

Demokrat.az BBC-yə istinadən xəbər verir ki, Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanan və 2021-ci ildə yenidən beş il müddətinə uzadılan müqavilədə iki ölkənin uzaqmənzilli nüvə başlıqlarının sayını 1550-dək məhdudlaşdırılıb və iki ölkəyə bir-birini qarşılıqlı nəzarət etmək hüququ verib. Bu, iki ölkə arasında əvvəlki START sazişindən daha aşağı səviyyədə silahlanma idi.

Ukrayna müharibəsinin yaratdığı gərginliyə baxmayaraq, Rusiya daha əvvəl nüvə müharibəsinin qarşısını almaq üçün bu razılaşmaya sadiq qalacağını bildirmişdi.

Bir saatdan çox davam edən çıxışının sonuna yaxın Putin “Bu gün Rusiyanın strateji silahların azaldılması sazişini dayandırdığını elan etməliyəm” dedi və əlavə etdi: “Əlbəttə, bunu edən ilk biz olmayacağıq. ABŞ nüvə sınağı keçirsə, biz də bunu edəcəyik”.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova