Sosial Özəl

“"Bakıda zəlzələ olsa, hündürmərtəbəli binalar çökəcək" fikri tamamilə yanlışdır” — Ekspert

“Bakıda zəlzələ olsa, hündürmərtəbəli binalar çökəcək fikri tamamilə yanlışdır” — Ekspert

"Təəssüflər olsun ki, vətəndaşlarımız hələ də rəsmi mənbələrdən, ciddi informasiya resurslarından daha çox qeyri-rəsmi mənbələrə inanırlar".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspertRamil OsmanlıTürkiyədə baş verən zəlzələnin Azərbaycanın daşınmaz əmlak bazarına, xüsusilə həyət evlərinin qiymətinə təsirlərindən danışarkən deyib. Ekspert qeyd edib ki, zəlzələ olarsa, hündürmərtəbəli binaların çökəcəyi, həyət evlərinin daha təhlükəsiz olması barədə səslənən fikirlər tamamilə yanlışdır:

"Bir nəfər çıxıb "Tiktok" da car çəkir ki, "Bakıda bütün hündürmərtəbəli binalar zəlzələ olarsa, çökəcək və tez köçün həyət evlərinə". Araşdırsaq görərik ki, o bir nəfər elə maklerdir. Hansı ki, evlərin alqı-satqısı ilə məşğuldur. Yəni, spekulyativ olaraq bu vəziyyətdən istifadə edib bazarı aktivləşdirməyə çalışır.

Ümumiyyətlə, hər bir informasiyanın arxasında rəsmi qaynaq olmalıdır. Sadəcə, buna təəssüf edirəm ki, belə hallar müşahidə olunur. Cəmiyyətdə qəbul olunmayan, özünə bloger adlandıran şəxs bunu verirsə, buna müvafiq icra hakimiyyəti orqanlarından səssiz yanaşılırsa, hesab edirəm ki, doğru deyil".

Nəzrin Demokrat.az

D
demokrat.az