Dünya Özəl

Meksikada qətliam kimi qəza: 17 ölü, 13 yaralı

Meksikada qətliam kimi qəza: 17 ölü, 13 yaralı

Meksikada qeyri-qanuni mühacirləri daşıyan avtobusun aşması nəticəsində 17 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Demokrat.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Oaxaka və Puebla ştatları arasındakı ərazidə baş verib.

Hadisəyə yük maşınının avtobusa arxadan çırpılması səbəb olub. Nəticədə 45 mühaciri daşıyan avtobus aşıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım maşınları göndərilib.

İlkin açıqlamada hadisəyə səbəb yük maşınının avtobusa çırpılması göstərilib. Məlumata görə, qəzadan sonra yük maşınının sürücüsü hadisə yerindən qaçıb.

Bildirilir ki, avtobusun ABŞ sərhədinə doğru getdiyi və içərisində Kolumbiya, Venesuela və bəzi Mərkəzi Amerika ölkələrindən gələn qeyri-qanuni mühacirlərin olduğu deyilib. Qəzadan sağ çıxan mühacirlərin isə tutulmamaq üçün hadisə yerindən qaçdığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Arzu Demokrat.az

D
demokrat.az