Türkiyədə bu axşamkı zəlzələ səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı araşdırmalar yekunlaşıb və müvafiq xəbərdarlıq aradan qaldırılıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.
Bildirlib ki, Kandilli rəsədxanasında aparılan hesablamalar nəticəsində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.
xxx
Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
”Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 sm-ə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə qeyd olunub.


