Gündəm

Şoyqu Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib

Şoyqu Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib

Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Şoyqu Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Qoşunlarının komandanı Yevgeni Nikiforova və Şərq Hərbi Dairəsinin qoşunlarının komandanı Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rüstəm Muradova ötən həftə general-polkovnik hərbi rütbəsi verilməsi barədə fərman imzalayıb. Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandanına general polkovnik rütbəsi təqdim edib.

NE
Nihadə Eyyubova