Bakının Nizami rayonunda 1986-cı il təvəllüdlü Səbuhi şəxsin münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səbuhi arvad Səbinənin mobil telefonunda alt geyimində olan fotoşəkillərini görməsi, həmin şəkilləri kənar şəxsə göndərməsindən şübhələnib.
Bu səbəbdən aralarında qısqanclıq zəminində mübahisə baş verib. Mübahisə zamanı əli ilə Səbinənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Prosesdə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin isə ondan şikayətçi olmaması nəzərə alınıb.
Bu səbəbdən məhkəmə Səbuhinin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


