Türkiyədə baş verən zəlzələdə vəfat edən "Hatayspor"un futbolçusu Kristian Atsunun cənazəsi ölkəsi Qanaya çatdırılıb.
Demokrat.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, quru yolu ilə Adanaya, oradan da təyyarə ilə İstanbula gətirilən Kristian Atsunun cənazəsi bazar "Türk Hava Yolları"na məxsus təyyarə ilə Qananın paytaxtı Akraya göndərilib.
Yerli vaxtla saat 15:20 də yola salınan cənazə artıq Kotoka Beynəlxalq Hava Limanına eniş edib.
Mərhum futbolçunun cənazəsi üçün xüsusi qarşılanma mərasimi keçirilib.
Qarşılanma mərasimində vitse-prezident Mahamudu Bavumia, nazirlər, ailəsi və eləcə də futbolçunun pərəstişkarları iştirak edib.
Hava limanında sevənləri tərəfindən göz yaşları ilə qarşılanan futbolçunun cənazəsi dəfn evinə aparılıb.
Qeyd edək ki, fevralın 6-sı Kahramanmaraşda baş verən və 11 vilayəti əhatə edən zəlzələdən sonra Hataydakı "Rönesans Residence"in dağıntıları altında qalan "Hatayspor"un futbolçusu Kristian Atsunun cansız bədəni zəlzələdən 12 gün sonra tapılıb.
Arzu Demokrat.az

