Hadisə

Biləsuvarda yol qəzasında 1 nəfər ölüb, 7-i xəsarət alıb

Biləsuvarda yol qəzasında 1 nəfər ölüb, 7-i xəsarət alıb

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 ölüm və 7 xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən baş verən qəzada 2 minik avtomobili toqquşub.

Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.//apa

D
demokrat.az