Gündəm

Dövlət başçısı: “Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi”

Dövlət başçısı: “Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi”

“Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi. Amma bunun Azərbaycana birbaşa təsiri olmadı”.

AZƏRTACxəbər verir ki, bu sözləri Prezidentİlham ƏliyevMünxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Mən deyərdim ki, vəziyyət bizə birbaşa təsir göstərməyib. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib.

Yəqin ki, biz bir daha Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmayacağıq”.

NE
Nihadə Eyyubova