Siyasət

Dövlət başçısı: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Dövlət başçısı: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Azərbaycanla İsrail arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münhendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü zamanı bildirib.

Dövlət başçısı müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Demokrat.az

D
demokrat.az