“Belarusun rus terrorçularına qoşulması böyük tarixi səhv olardı”
Demokrat.az "UNIAN" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında onlayn iştirak zamanı Belarus ordusunun Rusiya tərəfindən hücuma keçə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu gün Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulması riski yüksək deyil. Biz inanırıq ki, bu gün belə bir ehtimal yoxdur, yüksək risk yoxdur. Onlar Belarusdan gələ bilərlər, amma çətindir. Belaruslar, Ukraynaya qarşı döyüşmək istəmirlər. Cəmiyyətin böyük əksəriyyət bunu istəmir” - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, istənilən halda, Kreml Belarusu müharibəyə qoşulmasına çalışacaq
Zamiq Demokrat.az


