Dünya

Rusiyada benzin bahalaşıb

Rusiyada benzin bahalaşıb

Fevralın 13-dən fevralın 17-dək Rusiyanın Avropa hissəsində “Regular-92” markalı benzinin birja qiyməti təxminən 10%, “Premium-95” markalı benzinin qiyməti isə 8% artıb.

Demokrat.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının (SPİMEX) məlumatları təsdiq edir.

Saytın statistikasına görə, Aİ-92-nin qiyməti 2022-ci ilin oktyabr ayından bəri ilk dəfə olaraq kəskin artaraq 1 ton üçün 38 362 rubl təşkil edib. Aİ-95 markalı benzinin 1 tonun qiyməti 41 731 rubla çatıb.

Bundan əlavə, yay Dizel yanacağının 1 tonun qiyməti təxminən 4% artaraq 44 574 rubla çatıb.//apa

D
demokrat.az