Gündəm Özəl

"Hətta ermənilər də bu sərhəddən istifadə edəcəklər" — AÇIQLAMA

Hətta ermənilər də bu sərhəddən istifadə edəcəklər — AÇIQLAMA

"Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında çox maraqlıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev deyib. BMTM rəhbəri qeyd edib ki, Ermənistan bu illər ərzində qlobal iqtisadiyyatdan təcrid olunub, ona görə də, qlobal iqtisadiyyata yaxın ölkələrdən biri olan Türkiyə ilə əlaqələr qurmaqda maraqldır:

Hətta ermənilər də bu sərhəddən istifadə edəcəklər — AÇIQLAMA

"Bu formada Ermənistanın iqtisadi inkişafı mümkün deyil. Sərhədlərin də açılması Türkiyə və Azərbaycanla bağlıdır. Paşinyan hökuməti bunu dərk edir və daha çox səy göstərir. Hesab edirəm ki, sərhədlərin açılması istiqamətində hansısa ilk addımlar atılacaq. Yəni, artıq üçüncü dövlətlərin vətəndaşları quru sərhədi keçə biləcəklər. Belə olan halda, erməni mənşəli Rusiya vətəndaşları, digər vətəndaşlar, hətta ermənilər də bu sərhəddən istifadə edəcəklər. Biz prinsip etibarilə regionda sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın bərqərar olmasının tərəfdarıyıq. Sadəcə, bunun üçün bir şərt vacibdir: Ermənistan Azərbaycan sərhədini tanımalıdır və sülh sazişi imzalanmalıdır. Artıq Türkiyə də öz növbəsində bildirib ki, bu proseslər paralel olmalıdır. Türkiyə-Ermənistan normallaşma prosesi paralel olaraq Ermənistan-Azərbaycan sülh prosesində inkişaf edəcək. Ona görə də, müəyyən bir addımlar atılır. Məndə olan məlumata görə, sərhədlərin tam açılması baş tutmayacaq".

Nəzrin Demokrat.az

D
demokrat.az