Kriminal Özəl

Bakıda qardaş bacısının qızıllarını oğurladı

Bakıda qardaş bacısının qızıllarını oğurladı

Bakının Yasamal rayonunda qardaş bacısını qızıllarını oğurlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, baş verən hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət edilib. 1995-ci il təvəllüdlü Səid birgə yaşadığı evdə bacısı Xumarın (adlar şərti verilib – red.) bir cüt qızıl sırğasını gizli oğurlayıb.

İş üzrə izahat verən Səid bildirib ki, i, heç bir yerdə işləmir, bacısı ilə birgə yaşayır: “Bir müddət əvvəl bacıma məxsus qızıl sırğanı oğurlayaraq 85 manata satdım və öz şəxsi ehtiyaclarım üçün xərclədim. Etdiyi oğurluq əməllərindən peşmanam”.

Səid həmçinin qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsinin 185.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum edilib.

29-cu polis bölməsində Səidin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada protokol tərtib olub. İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Hakim Rauf Daşdəmirovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, Səid 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az