Türkiyəni sarsıdan zəlzələlərdə axtarış-xilasetmə işləri davam edərkən, daha bir möcüzə yaşanıb.
Belə ki, Kahramanmraşda zəlzələdən 258 saat sonra bir nəfər Ebrar yaşayış massivinindağıntıları altından sağ olaraq xilas edilib.
Həmin şəxs20 yaşlarında olan Neslihan Kılıç olub.
O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.


