Zəlzələnin ilk saatlarında binalardan birinin dağıntıları altından çıxarılan Murat Çətin həyat yoldaşını və oğlunu itirdiyi o qara gecədə yaşadıqlarını danışıb.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, o, fevralın 6-na keçən gecə Türkiyəni bürüyən fəlakətin ən qaranlıq tərəfini görən on minlərlə insandan biridir.
Qaziantepin Şehitkamil rayonunda yaşayan Murat Çətin zəlzələ gecəsi qəfil yuxudan oyanıb. Mənzil dağılandan sonra Murat Çətinin ilk düşüncəsi həyat yoldaşı və universitetin 1-ci kursunda oxuyan oğlu olub.
Saatlarla davam edən xilasetmə işlərindən sonra Çətin tapıldığı yerdən çıxarılıb. Lakin onun həyat yoldaşı aparıldığı xəstəxanada, oğlu isə dağıntılar altında dünyasını dəyişib.
Aysun Demokrat.az


