Dünya Özəl

Rusiya Avstriya diplomatlarını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Avstriya diplomatlarını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomatın “persona non qrata” elan edilməsinə qərar verib.

Demokrat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Avstriyanın daha əvvəl 4 rus diplomatını “arzuolunmaz şəxs” elan etdiyi xatırladılıb.

Bəyanatda bildirilir ki, “Bu, əsassız addımdır və ikitərəfli münasibətlərə xələl gətirir” və bu səbəbdən Avstriyanın Moskvadakı səfiri Verner Almhofer nazirliyə çağırılıb.

Açıqlamada, "Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomat qarşılıqlılıq əsasında "persona non qrata" elan edilib. Bu diplomatlar fevralın 23-ün sonuna kimi ölkəni tərk etməlidirlər. Bu barədə səfirə nota verilib".

Açıqlamada Rusiyanın Avstriyaya gedən rəsmi nümayəndələrinə viza verilməsinin çətinləşdirildiyi və bunun Avstriyanın beynəlxalq danışıqlardakı öhdəliklərinə zidd olduğu və bu vəziyyətin nəticəsiz qalmayacağı bildirilib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova