Maraqlı

Türkiyə bu azərbaycanlı xilasedicidən danışır: xüsusi cihaz vasitəsilə... — FOTOLAR

Türkiyənin "TRT Haber" nəşri Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərində iştirak edən azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov barədə məqalə dərc edib.

Demokrat.az xəbər verir ki, məqalədə Azərbaycandan Türkiyəyə gedən Ceyhun Xəlilovun özü ilə gətirdiyi xüsusi aparat vasitəsilə 14 nəfərin xilas olmasında birbaşa iştirak etdiyi qeyd olunub.

Nəşrə açıqlamasında o, Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, Türkiyədə xilasetmə üzrə təhsil aldığını bildirib.

Ceyhun Xəlilov deyib ki, istifadə etdiyi cihaz dağıntı altını görüntüləmə xüsusiyyətlərinə malikdir. Onun sözlərinə görə, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə və qarşılıqlı əlaqə imkanı yarada bilir.

“Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbr diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”, - deyə o qeyd edib.

D
demokrat.az