Gündəm Özəl

Zəlzələdən zərərçəkənlərin kreditlərinə güzəşt olunacaq

Zəlzələdən zərərçəkənlərin kreditlərinə güzəşt olunacaq

İş Bankı zəlzələ bölgəsində həyatını itirən müştərilərinin fərdi kredit borclarını silmək, fiziki şəxslərə və KOBİ-lərə verilən kreditləri isə faizsiz 6 ay müddətinə təxirə salmaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, İş Bankı zəlzələ bölgəsi üçün AFAD-a 1 milyard lirə, tikiləcək zəlzələ evləri üçün də 1 milyard 750 milyon lirə maliyyə yardımı edib.

Bundan əlavə, bank Adıyaman, Hatay, Kahramanmaraş, Malatya, Osmaniye vilayətləri və onların bütün rayonları ilə İslahiye və Nurdağı rayonlarında fiziki şəxslərə və kiçik ticarət müəssisələrinə güzəşt təklifi edib.

Fərdi və kommersiya kreditlərinin ödənişlərini 31 avqust 2023-cü il tarixinədək faizsiz olaraq 6 ay müddətinə təxirə saldığını açıqlayıb.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova