Dünya Özəl

Putin Rusiya dəstək qruplarına Türkiyə və Suriyadakı işlərinə görə təşəkkür etdi

Putin Rusiya dəstək qruplarına Türkiyə və Suriyadakı işlərinə görə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində çalışan Rusiya axtarış-xilasetmə qruplarına təşəkkür edib.

Demokrat.az xəbər verir ki, bu barədə Kreml Putinin Rusiya Fövqəladə Hallar Nazirliyinə videomüraciətini yayıb.

Dövlət başçısı, Rusiya xilasetmə qruplarının Türkiyə və Suriyada zəlzələlərdən zərər çəkənlərə ilk yardım edənlər arasında olduğunu bildirərək, Rusiya Fövqəladə Hallar Nazirliyinə minnətdarlıq edib.

Prezident həmçinin, nazirliyin həyata keçirdiyi işlərin Rusiyada vətəndaşlar və iqtisadiyyat üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova