"Beşiktaş" zəlzələ nəticəsində klub məktəblərində təhsil alan 5 gənc futbolçusunu itirdiyini açıqlayıb.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, bu barədə futbol klubu məlumatda yayıb.
Bildirilib ki, Beşiktaş Adana Futbol Məktəbindən Aras Çınar Görgenç və Tuna Usluğlu, Beşiktaş Adıyaman Futbol Məktəbindən Davut Solmaz, Mehmet Ali Aslan və Erdem Anıl Öksüz zəlzələdə həyatlarını itiriblər.
Klub rəsmiləri vəfat edənlərin ailələrinə başsağlığı verib:
"Allah dünyasını dəyişən idmançılarımıza rəhmət eləsin! Ailələrinə, yaxınlarına və bütün ölkəmizə başsağlığı diləyib".
Aysun Demokrat.az


