Gündəm Özəl

"İranın tutduğu siyasət onu uçuruma aparır"

İranın tutduğu siyasət onu uçuruma aparır

"İranın Azərbaycanın 44 günlük qələbəsindən sonrakı davranışı, xarici siyasətdəki rolu və mövqeyi tamamilə Azərbaycana qarşı hesablanmış bir siyasətdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsində İranın Ermənistanla birgə addımlar atması onun iç üzünün bir daha göstərdi:

İranın tutduğu siyasət onu uçuruma aparır

"Birinci Qarabağ müharibəsində İranın sərgilədiyi mövqe hər kəsə bəlli idi. İkinci Qarabağ müharibəsində atdığı addımlarla isə İran bütün maskalarını yırtdı. İran açıq-aşkar şəkildə düşmənçilik siyasətini həyata keçirdi".

"Bütün dünyaya açıq-aşkar Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirdiyini göstərdi. Artıq bütün siyasi mövqeyində, hətta Ermənistanı belə öz "qırmızı cizgisi" hesab etdi. İslam dininə, qonşuluq siyasətinə, tarixə keçmişimiz ilə bağlı olan hər bir məsələni unutdu. Bu baxımdan, İranın bugünkü siyasəti yalnız təəssüf doğurur. Ermənistanda tələm-tələsik konsulluq açdı. Azərbaycanda islam mədəniyyətinə heçə sayan, məscidləri, tarixi abidələri təhqir edən bir dövlətə qucaq açdı. İran Azərbaycana qarşı düşmənçiliyini açıq-aşkar göstərdi. Azərbaycanın Tehrandakı səfirliyində terror hadisəsinin törədilməsi və terrorçunun dəlixanaya salınmasıyla İran dövlətinin konkret rolu, mövqeyi bəlli oldu. Onların bu ssenarilər zəif yazılmışdı və təbii ki, aktyorları da öz rolunu zəif oynadı. Bununla da, İran dövlətinin hüquq-mühafizə orqanlarının bu işdə əli olduğu göründü".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan İranla hər zaman xoş münasibətlərin pozulmasına qəti yol verməyib:

"Azərbaycan dəfələrlə beynəlxalq arenada İrana qarşı doğru və düzgün mövqe tutub. Lakin bu gün İranın tutduğu siyasət onu uçuruma aparır. Hesab edirəm ki, İran siyasi sistemi çox təxirəsalınmaz formada Azərbaycanla bağlı siyasətində korrektələr etməli və qonşuluq siyasətinə uyğun əməli addımlar atmalıdır. Yəni, münasibətlərin düzəlməsi üçün konkret işlər görməlidir, əks halda, İran bu siyasətilə uğursuzluğa düçar olmağa məhkumdur".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova