Türkiyədəki zəlzələdə həyatını itirənlərin şəxsiyyətləri müəyyən edilərkən, zərərçəkənlərdən və yaxınlarından əldə olunan məlumatlar kriminal üsullarla təsdiqlənir.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, şəhər qəbiristanlığına gətirilən cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi əməliyyatları prokurorların nəzarətində Məhkəmə Tibb İnstitutunun qrupları tərəfindən aparılır. Bu zaman barmaq izləri, diş qeydləri, fotoşəkillər, tibbi məlumatlar, bədən izləri və DNT nümunələri araşdırılır.
Təhlükəsizlik Baş İdarəsinin Cinayət İdarəsinin rəisi Bülent Gürcan deyir ki, problem yaşanmaması üçün işləri çox dəqiqliklə həyata keçirirlər.
İdarə rəisi qurduqları sistemdə bütün həyatını itirənlərin məlumatlarının toplandığını və lazımi hüquqi işlər yerinə yetirilmədən heç bir cəsədin dəfn edilmədiyini vurğulayıb.
Aysun Demokrat.az


