Gündəm Özəl

Almaniyada Türkiyəyə göndəriləcək yardım paketləri yandırılıb

Almaniyada Türkiyəyə göndəriləcək yardım paketləri yandırılıb

Almaniyadakı xeyriyyəçilərin Türkiyədəki zərərçəkənlərə hazırladığı yardım paketləri yandırılıb.

Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, türk mediasında yer alan məlumatlara əsasən, ölkənin Şimali Reyn-Vestfaliya əyalətində zəlzələdən zərərçəkənlər üçün toplanmış yardımlar yandırılıb.

Hadisənin PKK tərəfdarları tərəfindən törədildiyi iddia edilir. Yardım paketləri ilə yanaşı, Türkiyə bayrağının da yandırıldığı bildirilir. Yardımları yandıranlar hələ də tutulmayıb

İki saat davam edən aksiyada maddi ziyan 20 min avro kimi qiymətləndirilib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova