Gündəm Özəl

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-ın qərargahında bildirib.

Prezident qeyd edib ki, yaralı sayı 105 505 nəfərdir.

"Zəlzələdə yaralananlardan 13 208-nin xəstəxanada müalicəsi davam etdirilir"-deyə, o əlavə edib.

Ərdoğan həmçinin zəlzələdəki dağıntılardan da danışıb.

Qeyd olunub ki, dağıntılar tez bir zamanda aradan qaldırılacaq və orada daha yeni evlər tikiləcək.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova