Hadisə

Türkiyədən İsrailə gedən gəmini yandırdılar

Türkiyədən İsrailə gedən gəmini yandırdılar

Türkiyədən İsrailə gedən gəmini içində olan sərnişinlər yandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusuna istinadən “Haaretz” qəzeti məlumat yayıb.

Hadisə gəmi İsrailə çatandan sonra baş verib. İyunun 9-na keçən gecə İsrail silahlı qüvvələri xarici gəmidə naməlum şəxslərin yanğın törətməsi barədə siqnal alıb.

Araşdırma zamanı məlum olub ki, yanğın iyunun 7-də Türkiyədən yola çıxan, ancaq Panama bayrağı altında üzən gəmidə baş verib.

Yanğının söndürüldüyü bildirilsə də, ölən və xəsarət alanlar barədə heç bir məlumat yoxdur. Hazırda hadisənin kriminal xarakter daşıyıb-daşımaması araşdırılır.

D
demokrat.az