Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi zəlzələdən təsirlənən bölgələrdə qiymətləndirmə işləri aparıb.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, qiymətləndirmə 13 vilayətdə 236 min 410 tikilini əhatə edib.
Məlum olub ki, ciddi şəkildə zədələn 33 min 143 bina təcili sökülməlidir.
Hazırda nazirlik Kayseri, Niğde və Kilis də daxil 13 vilayətdə təbii fəlakətin zərərlərini qiymətləndirməkdə davam edir.
Zamiq Demokrat.az


