Gündəm

Azərbaycanlı tələbələrin tapılması üçün itlər cəlb olundu — VİDEO

Azərbaycanlı tələbələrin tapılması üçün itlər cəlb olundu — VİDEO

Türkiyədəki dəhşətli zəlzələdən sonrabinaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışları davam edir.

Demokrat.azBaku TV-yə istinadən xəbər verir ki, şəhərin İnönü Universitetinin tələbələri olan azərbaycanlılar – Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevdən 8 gündür ki xəbər yoxdur.

Bildirilib ki, tələbələr ikinci mərtəbədə qalıb. Bina demək olar, toz halına düşüb.

Axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər də cəlb edilib.

Ətraflı videonu təqdim edirik:

D
demokrat.az